Şəmkirdə kişi evi yandırdı, ailə üzvləri ağır xəsarət aldı

HADİSƏ
01:55
7 Aprel 2020
166

Şəmkirdə kişi yaşadığı evi yandırıb.

Sabah.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə rayonun Seyfəli kəndində baş verib.

Məlumata görə, kənd sakini, 1961-ci il təvəllüdlü Yaqubov Vəli Əkbər oğluna məxsus, 200 kvadratmetr sahəsi olan 5 otaqlı evdə baş verən yanğın zamanı  ev sahibinin həyat yoldaşı, 1966-ci il təvəllüdlü Yaqubova Nuşabə, oğlu, 1988-ci il təvəllüdlü Vəliyev Əkbər, gəlini, 1988-ci il təvəllüdlü Vəliyeva Nərgiz və nəvəsi 4 yaşlı Banu yanıq xəsarətləri alaraq Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanası aparılıblar. V.Əkbər, V. Nərgiz və azyaşlı övladlarının vəziyyəti ağır olduğundan reanimasiyaya yerləşdiriliblər.

Hadisə yerinə FHN-nin Şəmkir Yanğından Mühafizə hissəsinin iki avtomobili və canlı qüvvəsi cəlb olunub. Alov tez bir zamanda söndürülüb.

İlkin məlumata görə, evi sahibi V. Yaqubov qəsdən yandırıb.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti