Ölkəyə saxta 10 min dollar gətirənlər saxlanıldı - Foto

XƏBƏR
15:30
19 Dekabr 2023
82

Ölkənin maliyyə sisteminə ciddi təhlükə yaradan saxta pulların hazırlanması və dövriyyəyə buraxılmasının qarşısının alınması istiqamətində əməliyyat tədbiri həyata keçirilib.

Naxçıvan MR Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən Sabah.az-a bildirilib ki, tədbirlər nəticəsində ölkə ərzisinə saxta dollar əskinaslarını gizli yollarla gətirən dəstə müəyyən olunaraq saxlanılıb.

Saxlanılan şəxslərin üzərindən 10000 (on min) saxta ABŞ dolları götürülərək  istintaqa təqdim edilib. Həmin dəstənin digər üzvlərinin və əlavə cinayət əməllərinin müəyyən edilməsi istiqamətində tədbirlər davam etdirilir.

Xəbər lenti