Müəllim və şagirdlər mikroavtobusda dəm qazından zəhərləndilər - Yenilənib
Saatlıda 8 nəfər mikroavtobusda dəm qazından zəhərlənib.
Sabah.az Azərtac-a istinadən xəbər verir ki, hadisə Saatlının Qaranuru kəndində baş verib.
Məktəbliləri dərsə aparan mikroavtobusda dəm qazının sızması baş verib. 1 müəllim və 8 şagird zəhərlənmə diaqnozu ilə Saatlı rayon xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
***
TƏBİB-dən bildirilib ki, bu gün saat 11:00 radələrində Saatlı Rayon Mərkəzi Xəstəxanasına kütləvi zəhərlənmə ilə bağlı çağırış daxil olub:
“Tibb müəssisəsinin Təcili tibbi yardım şöbəsinə 9 nəfər yerləşdirilib. Onlara dəqiqləşdirilməmiş dəm qazı zəhərlənməsi diaqnozu qoyulub.
Zərərçəkənlərin müalicələri davam etdirilir. Vəziyyətləri stabil qiymətləndirilir”.
Daha çox