Daha 94 nəfər yataqxana və yarımçıq tikilidən öz evinə köçdü

ÖLKƏ
09:44
18 Dekabr 2023
69

Bu gün respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı Bakı şəhərinin Qaradağ rayonundan yola salınıb.

Sabah.az Azərtac-a istinadən xəbər verir ki, bu mərhələdə Füzuli şəhərinə daha 22 ailə - 94 nəfər köçürülüb.

Xatırladaq ki, indiyədək Füzuli şəhərinə 380 ailənin, yəni 1392 nəfərin daimi məskunlaşması təmin edilib.

Xəbər lenti