Sabiq icra başçısı vəfat etdi

ÖLKƏ
17:52
16 Dekabr 2023
317

Beş il (1994-1999) Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı olmuş İnqilab Nadirov bu gün vəfat edib.

Sabah.az xəbər verir ki, 83 yaşında dünyasını dəyişən İnqilab Nadirov, həmçinin Azərbaycan SSR Ali Sovetinin üç çağırış (1980–1991) deputatı, Azərbaycan Milli Məclisinin üzvü (1991-1995) olub.

O, 1988-ci ildə Bakı şəhəri Oktyabr Rayon Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin sədr müavini, 1989–1990-cı illərdə Azərbaycan Respublikası Mətbuat Komitəsinin Kitabxana kollektorunun direktoru işləyib.

Xəbər lenti