Bakıda yolu keçən qadını avtomobil vurdu
23:52
6 Aprel 2020
70Bu gecə Bakıda daha bir piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Sabah.az “Report”a istinadən xəbər verir ki, hadisə paytaxtın Xətai rayonunda qeydə alınıb.
Belə ki, 1992-ci il təvəllüdlü Eminova Göyçək yolu keçmək istəyərkən avtomobil onu vurub.
Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona kəllə-beyin travması və döş qəfəsinin əzilməsi diaqnozu qoyulub.
Daha çox