FHN əməkdaşlarına ali hərbi və ali xüsusi rütbələr verildi
13:20
15 Dekabr 2023
97Prezident İlham Əliyev Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarına ali hərbi və ali xüsusi rütbələrin verilməsi haqqında Sərəncam imzalayıb.
Sabah.az xəbər verir ki, Sərəncama əsasən, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin aşağıdakı əməkdaşlarına ali hərbi və ali xüsusi rütbələr verilib.
“general-leytenant” ali hərbi rütbəsi
general-mayor Etibar Rəsul oğlu İsmayılova;
“general-mayor” ali hərbi rütbəsi
polkovnik Şahin Əyyub oğlu Mirzəyevə;
“daxili xidmət general-mayoru” ali xüsusi rütbəsi
daxili xidmət polkovniki Aqşin Böyükağa oğlu Kazımova;
daxili xidmət polkovniki Asif Eltufat oğlu Məmmədliyə.
Daha çox