4 yaşlı oğlan qızılcadan öldü

ÖLKƏ
10:44
15 Dekabr 2023
107

Bu gün Gəncədə azyaşlı qızılcadan vəfat edib.

Sabah.az xəbər verir ki, 2019-cu il təvəllüdlü H.Allahyarovun səhhəti qızılca xəstəliyi səbəbindən ağırlaşıb.

O, yaşadığı Şəmkir rayonundan Gəncə şəhərinə aparılarkən yolda ölüb.

Fakla bağlı Gəncə Şəhər Prokurorluğunda araşdırma aparılır.

Qeyd edək ki, son 1 ayda Azərbaycanda 6 azyaşlı qızılcadan vəfat edib.

Xəbər lenti