Azərbaycanda pomidor və xiyarın qiyməti kəskin ucuzlaşdı - Video

İQTİSADİYYAT
23:31
6 Aprel 2020
523

Paytaxt bazarlarında satışa çıxarılan pomidor və xiyarın qiymətində ucuzlaşma müşahidə olunur.

Sabah.az “Xəzər Xəbər”ə istinadən xəbər verir ki, artıq bazara Bakı ilə yanaşı, bölgələrdə fəaliyyət göstərən istixanalarda yetişdirilən pomidor və xiyar gətirilib. Qiymət isə bir həftə əvvəllə müqayisədə təxminən 40- 50 faizdən çox ucuzlaşıb.

Satıcılar qiymətin ucuzlaşmasına səbəb kimi bu məhsulların bol olmasını göstərirlər.

Qeyd edək ki, Göyçayda istixanalarda yetişdirilən pomidorun bir kiloqramının topdan satış qiyməti ötən günlərlə müqayisədə ucuzlaşıb.

Şəmkirdə isə pomidor yetişdirən sahibkarlarların sözlərinə görə, əvvəllər bu məhsullar Rusiya bazarlarına çıxarılırdı. Hazırda isə buradakı pomidor 70-80, xiyar isə 50-60 qəpikdən təklif edilir.

Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin rəhbəri Vüqar Hüseynovun sözlərinə görə, həm ölkəmizdə, həm də Rusiyada xüsusi karantin rejiminin tətbiq edilməsi pomidor və xiyarın qiymətinin ucuzlaşmasına səbəb olub.

Yaxın günlərdə pomidor və xiyarın qiymətinin daha da ucuzlaşacağı gözlənilir.

Xəbər lenti