Azərbaycanda zəlzələ oldu - Yenilənib

ÖLKƏ
15:13
14 Dekabr 2023
92

Azərbaycan ərazisində zəlzələ qeydə alınıb.

Sabah.az xəbər verir ki, bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.

İlkin məlumata görə, zəlzələ yerli vaxtla 15:04-də Xəzər dənizində baş verib.

Yeraltı təkanın maqnitudası 4.5 olub.

Əlavə məlumat veriləcək.

***

Zəlzələlərin Tədqiqatı Bürosunun məlumatına əsasən, dərinliyi 31 km-də olan zəlzələ Xəzər dənizində (İran) qeydə alınıb.

Zəlzələ Astara, Lənkəran, Lerik və digər ətraf rayonlarda 3 baldan artıq hiss olunub.

Xəbər lenti