Oqtay Əsədovun infarkt keçirdiyi bildirilir

ÖLKƏ
19:59
9 Fevral 2020
106

5-ci çağırış Milli Məclisin spikeri, deputatlığa namizəd Oqtay Əsədovun Mərkəzi Klinik Xəstəxanasına yerləşdirildiyi bildirilir.

Sabah.az “Turan” agentliyinə istinadən xəbər verir ki, Əsədov fevralın 9-da günün ikinci yarısında xəstəxanaya infarkt diaqnozu ilə yerləşdirilib.

Mərkəzi Klinik Xəstəxanasından məlumatı nə təsdiq, nə də təkzib ediblər:

“Bizim bu barədə məlumatımız yoxdur".

Milli Məclisin mətbuat xidməti isə yayılan xəbəri təkzib edib.

Bildirilib ki, Oqtay Əsədovun səhhətində hər hansı bir problem yoxdur.

Xəbər lenti