63 yaşlı usta krandan yıxılıb öldü

XƏBƏR
10:32
11 Dekabr 2023
91

Abşeron rayonunda usta faciəvi şəkildə həyatını itirib.

Sabah.az xəbər verir ki, Masazır qəsəbəsində 1960-cı il təvəllüdlü Füzuli Güləsən oğlu Həsənov işlədiyi binanın 7-ci mərtəbəsindən yükqaldırıcı qurğu ilə aşağı düşərkən yıxılaraq ölüb.

Bildirilir ki, F.Həsənov həmin binada kafel-metlax ustası kimi çalışırmış.

Araşdırma aparılır.

Xəbər lenti