Bakıda evdə yanğın - Zəhərlənən var
10:12
11 Dekabr 2023
69Bakı şəhərinin Sabunçu rayonunda ümumi sahəsi 60 m² olan birmərtəbəli 2 otaqlı evin bir otağının yanar konstruksiyaları 30 m² sahədə və dam örtüyünün taxta atmaları yanıb.
Fövqəladə Hallar Nazirliyindən (FHN) Sabah.az-a verilən məlumata görə, yanğın zamanı 1 nəfər tüstüdən zəhərlənib. Evin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Daha çox