Dağ yolları ilə gedərək karantin rejimini pozan sürücü həbs edildi

XƏBƏR
21:30
6 Aprel 2020
127

Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən qəbul edilən xüsusi karantin rejim qaydalarının təmin olunması istiqamətində Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən tədbirlər davam etdirilir.

Sabah.az xəbər verir ki, DİN Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, bu tədbirlər çərçivəsində koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə Hacıqabul rayonu ərazisində qurulmuş postdan qanunsuz olaraq Şamaxı rayonunun ərazisinə keçmək istəyən şəxs saxlanılıb.

Belə ki, Şamaxı rayon sakini Sərxan İsayev idarə etdiyi avtomaşınla dağ yolları ilə Şamaxı rayonuna keçərkən Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə təqsirli bilinərək inzibati qaydada həbs edilib.

Bundan başqa Hacıqabul RPŞ-nin əməkdaşları tərəfindən karantin qaydalarını pozan 127 nəfər şəxs barəsində inzibati qaydada tədbirlər görülüb.

Xəbər lenti