Nömrədəki “C”ni “O” edən sürücü cəzalandırıldı - Foto

XƏBƏR
16:53
7 Dekabr 2023
145

Avtomobilin nömrəsinə müdaxilə edən sürücü cəzalandırılıb.

Baş DYP İdarəsindən Sabah.az-a bildirilib ki, "Toyota Prius" markalı 77-DC-247 nömrə nişanlı avtomobilin seriyasında C hərfini O edərək cərimələrdən yayınmağa çalışan sürücü müəyyən edilib. Sürücü Bəhruz Məmmədov yol polisi tərəfindən məsuliyyətə cəlb edilib.

DYP-dən bildirilib ki, B.Məmmədov barəsində 050-8000-902 whatsapp nömrəsinə gələn müraciət əsasında tədbir görülüb: "Belə hallara yol verən şəxslər barəsində ciddi tənbeh tədbirləri davam etdiriləcək".

Xəbər lenti