Azərbaycanda növbədənkənar Prezident seçkiləri keçiriləcək

ÖLKƏ
12:07
7 Dekabr 2023
392

Azərbaycanda növbədənkənar Prezident seçkiləri elan edilib.

Sabah.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 7-də bununla bağlı Sərəncam imzalayıb.

Sərəncamda Mərkəzi Seçki Komissiyasına növbədənkənar Prezident seçkilərinin 2024-cü il fevralın 7-nə təyin olunmasını və Azərbaycan Respublikasının Seçki Məcəlləsində müəyyən edilmiş qaydada keçirilməsini təmin etmək tapşırılıb.

Xəbər lenti