Sürücü sükan arxasında öldü

XƏBƏR
20:15
6 Aprel 2020
91

Abşeron rayonunda sürücü öz avtomobilində dünyasını dəyişib.

Sabah.az xəbər verir ki, hüquq-mühafizə orqanlarından verilən məlumata görə, Saray qəsəbə sakini 1950-ci il təvəllüdlü M. Abbasov "VAZ 2107" markalı 10 EC 666 dövlət nömrəli avtomobildə Saray qəsəbəsindən Sumqayıt şəhəri istiqamətində hərəkət edirmiş. Saray qəsəbəsi ilə Sumqayıt şəhəri arasında qurulmuş buraxılış məntəqəsinin yaxınlığında sürücünün halı pisləşib və o sükan arxasında dünyasını dəyişib. Avtomobildə M.Abbasov ilə bərabər onun 1979-cu il təvəllüdlü oğlu Z.Abbasov da olub.

İlkin məlumata görə, M.Abbasov qaraciyər çatışmazlığından əziyyət çəkib, uzun illər dializ xəstəsi olub. O, evdən 1 saylı Sumqayıt Şəhər Xəstəxanasına getmək üçün çıxıbmış.

Faktla bağlı Abşeron prokurorluğunda araşdırma aparılır.

Xəbər lenti