“Kalaşnikov” satmaq istəyirdi - Tutuldu

ÖLKƏ
13:53
2 Dekabr 2023
119

Yasamal rayonunda “Kalaşnikov” avtomatı və 30 ədəd patron satmaq istəyən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən Sabah.az-a verilən məlumata görə, əvvəllər məhkum olunmuş 56 yaşlı Yevlax rayon sakini Şakir Şadmanov Yasamal rayonu ərazisində saxlanılıb.

Onun üzərinə baxış zamanı 1 ədəd “Kalaşnikov” markalı avtomat, 30 ədəd patron və daraq aşkar edilərək götürülüb. Araşdırma zamanı izahati alınan Ş.Şadmanov avtomatı bir müddət əvvəl əldə etdiyini və satmaq məqsədi ilə özündə saxladığını bildirib. Faktla bağlı 29-cu PŞ-də toplanan materiallar araşdırmaların davam etdirilməsi üçün Yasamal RPİ-nin İstintaq Şöbəsinə göndərilib.

Xəbər lenti