Mühafizəçi köşkündə qətl törədənə 14 il həbs verildi

XƏBƏR
17:52
27 Noyabr 2023
239

Ötən ilin mayında Şamaxıda keçmiş məhkum 44 yaşlı Ş.Hacıyevi qətlə yetirən şəxsin məhkəməsi başa çatıb.

Sabah.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Sumqayıt Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə 61 yaşlı M.Rizvanov Cinayət Məcəlləsinin 120.2.4-cü (Xüsusi amansızlıqla adam öldürmə) maddəsi ilə təqsirləndirilib.

Məhkəmədə bildirilib ki, əvvəllər zorlama və digər cinayətlərdə təqsirli bilinərək 20 ilə yaxın həbs həyatı yaşamış Ş.Hacıyev M.Rizvanova xoşagəlməz təkliflər edib.

Belə ki, o, bu niyyətlə M.in mühafizəçi kimi işlədiyi köşkə gəlib. Əvvəllər də aralarında mübahisələr baş verdiyindən M.Rizvanov otaqdakı bıçağı götürərək Ş.yə hücum edib. O, tanışını 16 bıçaq zərbəsi ilə qətlə yetirdikdən sonra yerdən götürdüyü mişar daşı parçası ilə başına ağır zərbələr endirib.

Ş.Hacıyev hadisə yerində ölüb. Məhkəmənin hökmü ilə M.Rizvanova 14 il həbs cəzası verilib.

Xəbər lenti