Xırdalanda ata-oğul bıçaqlandı

XƏBƏR
10:30
24 Noyabr 2023
132

Xırdalan şəhərində iki nəfər bıçaqlanıb.

Sabah.az DİN-in Mətbuat xidmətinə istinadən xəbər verir ki, noyabrın 23-ü gecə saatlarında Xırdalan şəhərində ata və oğluna kəsici-deşici alətlə xəsarət yetirilməsi barədə polisə məlumat daxil olub.

Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə bu əməli törətməkdə şübhəli bilinən Xırdalan şəhər sakini Ramal Zamanov saxlanılıb.

Araşdırma aparılır.

Xəbər lenti