Vüqar Qurbanovdan yeni - Təyinatlar
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İcraçı direktoru Vüqar Qurbanovun təqdimatı ilə Qusar və Zərdab rayon mərkəzi xəstəxanalarına yeni direktorlar təyin ediliblər.
TƏBİB-dən Sabah.az-a verilən məlumata görə, Qusar Rayon Mərkəzi Xəstəxanasında Pərviz Məhsimov, Zərdab Rayon Mərkəzi Xəstəxanasında isə Emil Kamilov direktor vəzifəsini icra edəcəklər.
Qusar Rayon Mərkəzi Xəstəxanasının direktoru Pərviz Məhsimov ixtisasca cərrahdır. O bu təyinatadək Xaçmaz Rayon Mərkəzi Xəstəxanasının Keyfiyyətə nəzarətin idarəedilməsi komitəsinin rəhbəri olub.
Tibb üzrə fəlsəfə doktoru olan Zərdab Rayon Mərkəzi Xəstəxanasının direktoru Emil Kamilov ixtisasca cərrahdır. E.Kamilov bundan əvvəl Zərdab Gigiyena-Epidemioloji Mərkəzinin direktoru vəzifəsində çalışıb.
Daha çox