Sərhəddə görüş olacaq - Tarix açıqlandı

XƏBƏR
15:51
23 Noyabr 2023
239

Azərbaycan Xarici İşlər Nazirliyi noyabrın 30-da Ermənistan-Azərbaycan sərhədində delimitasiya komissiyasının iclasının keçiriləcəyini təsdiqləyib.

Sabah.az xəbər verir ki, XİN-in bu məsələ ilə bağlı yaydığı məlumatda deyilir:

“Əldə olunan razılaşmaya əsasən, noyabrın 30-da Azərbaycanla Ermənistan arasında sərhəd bölgəsində Azərbaycan və Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə dövlət komissiyasının Ermənistanla Azərbaycan arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın növbəti 5-ci iclası keçiriləcək”.

Xatırladaq ki, Ermənistan XİN noyabrın 30-u delimitasiya komitəsinin görüşünün keçiriləcəyi barədə məlumat yaymışdı.

Xəbər lenti