Bazardakı yanğında 1 nəfər öldü - Yenilənib

HADİSƏ
09:35
23 Noyabr 2023
84

Xəbər verdiyimiz kimi, bu gün Binəqədi rayonu, Ziya Bünyadov prospektində inşaat materialları bazarında yanğın olub. Hadisə ilə bağlı Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi də məlumat yayıb.

TƏBİB-dən Sabah.az-a bildirilib ki, səhər saat 05:55 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Ziya Bünyadov prospekti, “Dərnəgül” taxta bazarının ərazisində yanğın hadisəsi ilə bağlı çağırış daxil olub.

Qeyd olunub ki, hadisə yerinə 2 təcili tibbi yardım briqadası cəlb olunub. Yanğın nəticəsində 1 şəxsin (cinsi kişi) həkiməqədər ölümü qeydə alınıb. Xəsarət alan yoxdur.

Əlavə məlumat veriləcək.

***

Yanğın nəticəsində 1 şəxsə (cinsi kişi) isə stresə qarşı reaksiya səbəbi ilə yerində yardım göstərilib.

Xəbər lenti