“KİA” ilə toqquşan motosikletçi öldü - Foto

XƏBƏR
12:47
22 Noyabr 2023
97

Lənkəranda baş verən qəzada motosiklet sürücüsü ölüb.

Sabah.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə səhər saatlarında köhnə Ələt-Astara magistralında, Lənkəran rayonunun Hirkan qəsəbəsi ərazisindən keçən hissəsində qeydə alınıb.

Hərəkətdə olan “KİA” markalı nəqliyyat vasitəsi Lənkəran rayonunun Mamusta kənd sakini, 1992-ci il təvəllüdlü Cümşüd Faiq oğlu Faiqzadənin idarə etdiyi motosikletlə toqquşub. Nəticədə motosiklet sürücüsü ağır bədən xəsarətləri alıb. Əraziyə çağırılan təcili tibbi yardım avtomobili ilə yaralı Lənkəran Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Avtomobildə ona ilkin tibbi yardım göstərilməsinə baxmayaraq, yolda dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti