Bu marşrutun hərəkət sxemi dəyişdirildi

XƏBƏR
14:37
18 Noyabr 2023
225

Bakı şəhərində fəaliyyət göstərən 53 nömrəli müntəzəm marşrut avtobusunun hərəkət sxemində dəyişiklik edilib.

Sabah.az xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.

Bildirilib ki, sərnişinlərdən daxil olan çoxsaylı müraciətlər nəzərə alınaraq, avtobuslar başlanğıc dayanacaq məntəqəsi “Elmlər Akademiyası” metrostansiyası, son dayanacaq məntəqəsi isə Əhəd Yaqubov küçəsi (Bayıl) olmaqla Badamdar şosesi ilə hərəkət edəcək.

Xəbər lenti