Nazirə yeni müşavir təyin olundu

XƏBƏR
13:49
17 Noyabr 2023
104

Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayevə yeni müşavir təyin olunub.

Sabah.az xəbər verir ki, bu barədə məlumatı ETSN-nin mətbuat katibi İradə İbrahimova təsdiqləyib.

Onun sözlərinə görə, bu vəzifə İlham Nəsirova həvalə edilib.

Qeyd edək ki, İ.Nəsirov bu təyinata qədər enerji sektorunda müxtəlif vəzifələrdə çalışıb. O, bu vəzifədə Firdovsi Əliyevi əvəzləyib. Hazırda ekologiya və təbii sərvətlər nazirinin ondan başqa daha iki müşaviri var. Bunlar Rasim Səttarzadə və Rüstəm Həsənovdur.

Xəbər lenti