Bakıya qonaq gələn alim qəzada öldü

XƏBƏR
12:46
16 Noyabr 2023
309

Bakıya qonaq gəlmiş tanınmış alim Arif Acaloğlu dünyasını dəyişib.

Sabah.az xəbər verir ki, bu barədə onun yaxınları sosial şəbəkədə məlumat yayıb.

Bildirilib ki, İstanbul Mərmərə Universitetinin azərbaycanlı müəllimi, türkoloq alim, əslən Gürcüstanın Bolnisi rayonundan olan Arif Acaloğlu bu gün Bakıda yol qəzasında həlak olub.

Hadisə Sabunçu rayonu ərazisində - Bakı Olimpiya Stadionunun yaxınlığında baş verib.

Bildirilib ki, A.Acaloğlu paytaxta elmi konfransda iştirak etmək üçün gəlib.

Xəbər lenti