Məktəbəhazırlıq və I siniflərin yerdəyişməsinə başlanılıb

XƏBƏR
11:30
15 Noyabr 2023
141

Məktəbəhazırlıq və I siniflərin yerdəyişməsinə başlanılıb.

Sabah.az xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyindən (ETN) məlumat verilib.

Qeyd edilib ki, bu gün saat 11:00-dan məktəbəhazırlıq qrupları və 1-ci siniflərin elektron yerdəyişməsi prosesinə start verilib.

Şagirdlərin yerdəyişməsi prosesi www.sy.edu.az portalı vasitəsilə həyata keçirilir.

Xəbər lenti