“Xəngəl evi”ndə müştəri bıçaqlandı

XƏBƏR
12:12
15 Noyabr 2023
142

Yasamal rayonunda kafedə bıçaqlanma hadisəsi baş verib.

Sabah.az xəbər verir ki, 2-ci Alatava küçəsində yerləşən “Xəngəl evi” kafesində Elşad Ağayev adlı müştəri mübahisə zəminində bıçaqlanıb. O, ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.

Araşdırmalarla E.Ağayevə çoxsaylı bıçaq xəsarətlərinin 1991-ci il təvəllüdlü Elçin Cənnətalıyev tərəfindən yetirilməsi ilə bağlı əsaslı şübhələr müəyyən edilib.  O, şübhəli şəxs qismində tutulub.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Xəbər lenti