Qısqanclıq zəminində həmyerlisini bıçaqladı

HADİSƏ
15:44
6 Aprel 2020
114

Saatlı rayonunda tanışını bıçaqlayıb gizlənən şəxs saxlanılıb.

Sabah.az xəbər verir ki, hadisə aprelin 4-ü səhər 05 radələrində baş verib.

Rayon sakini, 1982-ci il təvəllüdlü Asim Zeynalov qarın boşluğundan bıçaqlanaraq xəstəxanaya yerləşdirib. O, tanımadığı şəxs tərəfindən vurulduğunu deyib. A.Zeynalov əvvəllər məhkumluq həyatı yaşayıb.

İstintaq zamanı A.Zeynalovu qısqanclıq zəminində rayon sakini Nurlan Qasımovun bıçaqladığı məlum olub. N.Qasımovun gizləndiyi yer müəyyən olunaraq saxlanılıb.

Faktla bağlı cinayət işi başlanıb, istintaq davam etdirilir.

Xəbər lenti