“Televiziyada uşaq bezlərinə təşəkkür edirlər, bu nə deməkdir?!”

XƏBƏR
16:11
14 Noyabr 2023
61

“Reklam haqqında” qanuna qarşı narazılığım var”.

Sabah.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu fikirləri deputat Tahir Kərimli parlamentin plenar iclasında 2024-cü ilin dövlət büdcəsinin müzakirəsi zamanı bildirib.

“Televiziyada deyirlər ki, uşaq bezlərinə təşəkkür edirəm. Bu nə deməkdir?! Mağazalara gedən kimi siqaretlər üstümüzə gəlir. Müvafiq qanunvericiliyə dəyişikliklər etsək də, heç bir fayda əldə etmirik. Çünki qanunvericiliyə görə şirkət reklam oluna bilməz, amma bunun məhsula aidiyyəti yoxdur. Şirkətlər də məhsullarını gətirib düzür vitrinə. Ona görə də belə hallar qeydə alınır, zərərli məsələlər ortaya çıxır”, - T.Kərimli əlavə edib.

Xəbər lenti