Bakıda evdə yanğın, xəsarət alanlar var

XƏBƏR
16:05
11 Noyabr 2023
94

Bakı şəhərinin Nizami rayonunda ümumi sahəsi 210 m² (hər mərtəbəsi 105 m²) olan ikimərtəbəli 8 otaqlı evin ikinci mərtəbəsində sahəsi 30 m² olan otağın tavanı 20 m² sahədə, 3 ədəd pəncərə çərçivəsi və ev əşyaları qismən yanıb.

Fövqəladə Hallar Nazirliyindən Sabah.az-a verilən məlumata görə, yanğın zamanı 1-i uşaq olmaqla 2 nəfər yanıq xəsarəti alıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Xəbər lenti