General Mahmud Həmzəyev vəfat etdi

ÖLKƏ
11:23
9 Noyabr 2023
268

Sabiq korpus komandiri, general-mayor Mahmud Həmzəyev vəfat edib.

Sabah.az xəbər verir ki, o, uzunsürən xəstəlikdən sonra bu gün 74 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, Mahmud Həmid oğlu Həmzəyev 31 yanvar 1949-cu ildə Qazax şəhərində anadan olub. O, 2010-cu ildə öz istəyi ilə ordu sıralarından tərxis olunub.

Xəbər lenti