Videosunu yaymaqla hədələyib pul almışdı, saxlanıldı

XƏBƏR
11:07
9 Noyabr 2023
67

Ötən gün paytaxt sakini polis orqanına müraciət edərək naməlum şəxsin onun videogörüntülərini sosial şəbəkədə yayacağı ilə hədələyib 1170 manatını almasını bildirib.

DİN-in mətbuat xidmətindən Sabah.az-a verilən məlumata görə, polis əməkdaşlarının daxil olan müraciət əsasında keçirdikləri əməliyyat tədbirləri ilə hədə-qorxu ilə tələb etməkdə şübhəli bilinən Qobustan rayon sakini Nail Rəcəbov müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.

Xəbər lenti