Sabaha intensiv yağış gözlənilir

XƏBƏR
13:33
6 Aprel 2020
61

Ekologiya və Təbii Sərvətlər Nazirliyi aprelin 7-də gözlənilən hava proqnozunu açıqlayıb.

Milli Hidrometeorologiya Xidmətindən Sabah.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında gün ərzində arabir yağış yağacağı, duman olacağı gözlənilir. Güclü şimal-qərb küləyi gündüz mülayimləşəcək.

Havanın temperaturu gecə 6-8° isti, gündüz 8-10° isti, Bakıda gecə 6-8° isti, gündüz 8-10° isti olacaq.

Atmosfer təzyiqi normadan yüksək 770 mm civə sütunundan 775 mm civə sütununa yüksələcək. 

Nisbi rütubət gecə və gündüz 75-85 % olacaq. 

Azərbaycanın rayonlarında  arabir yağış, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Arabir duman olacaq. Qərb küləyi  gecə və səhər ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu  gecə 3-6° isti, gündüz 7-10° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 2-5° isti olacaq.

Xəbər lenti