Prezidentlə xanımı Şuşaya getdi - Yenilənb

ÖLKƏ
15:15
7 Noyabr 2023
70

Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva noyabrın 7-də Şuşaya gəliblər.

Sabah.az xəbər verir ki, dövlət başçısı və birinci xanım Şuşa şəhərində 23 binadan ibarət yaşayış kompleksində aparılan tikinti işləri və “Qızlar Gimnaziyası” tarixi abidə binasında həyata keçiriləcək işlərlə tanış olublar.

Sonra Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Qala divarına və ətraf əraziyə baxıb, Heydər Əliyev Fondu tərəfindən Pənahəli xan küçəsində yerləşən bir sıra binalarda aparılacaq bərpa və yenidənqurma layihələri ilə tanış olub, “Yasəmən” hotelinin açılışında iştirak ediblər.

***

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşa şəhərində peşə məktəbinin və kollecin binasına baxıblar.

***

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşa şəhəri 1 nömrəli tam orta məktəbin açılışında iştirak ediblər.

Xəbər lenti