Nadia adlı pələngdə koronavirus aşkarlandı

XƏBƏR
12:39
6 Aprel 2020
122
Nyu-Yorkdakı Bronx Zooparkında yaşayan Nadia adlı pələngdə yeni növ koronavirus (Covid-19) aşkarlanıb.

Sabah.az xəbər verir ki, bu Amerika Birləşmiş Ştatlarının Vəhşi Təbiəti Qoruma Dərnəyinin yazılı məlumatında əks olunub. 4 yaşlı Malayziya pələngi Nadiada müşahidə olunan simptomlardan sonra Covid-19 testi edilib və nəticələr müsbət çıxıb.

Açıqlamada, pələnglə eyni yerdə olan daha 3 pələng və 3 şirdə də virusun bəzi əlamətlərinin olduğu, lakin bütün heyvanların vəziyyətinin yaxşı olduğu bildirilib.

Qurumun sözlərinə görə, Nadiaya bu virus zoopark işçisi tərəfindən yoluxub.

Amerika mediasına görə, ABŞ-da bu günə qədər hər hansı bir heyvanda Covid-19 aşkar edilməyib.

ABŞ Xəstəlikdən Qoruma və Qarşısının Alınması Mərkəzinin məlumatına görə isə, Çinin Uhan bölgəsində baş verən ilk haldan başqa heyvanların insanlar arasında virusun yayılmasında hər hansı bir rol oynadığı barədə rəsmi məlumat yoxdur.

Xəbər lenti