Çovdarovun oğlunun ölkədən çıxışına “stop” qoyuldu
15:12
6 Noyabr 2023
153Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) idarə rəisi olmuş Akif Çovdarovun oğlu Ruslan Çovdarovun ölkədən çıxışına “stop” qoyulub.
Sabah.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu qərarı Bakı Kommersiya Məhkəməsi Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin tələbi əsasında qəbul edib.
Ətraflı
“RANT GROUP” MMC-nin vergi borcunu ödəməsini təmin etmək məqsədilə şirkətin rəhbəri R.Çovdarovun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılıb.
Qeyd edək ki, “RANT GROUP” MMC-ni ötən il qeydiyyatdan keçirilib. Şirkətin qanuni təmsilçisi Ruslan Çovdarovdur. “112” Telegram kanalı məlumat yayıb.

Daha çox