"Mercedes" aşdı, ata və oğul öldü - Yenilənib

XƏBƏR
11:06
6 Noyabr 2023
90

Ağsu dolaylarında qəza baş verib.

Sabah.az APA-ya istinadən xəbər verir ki, ilkin məlumatlara əsasən, hadisə nəticəsində “Mercedes” markalı avtomobil aşıb.

Nəticədə Ağsu rayonu Cəlayır kəndindən olan 1974-cü il təvəllüdlü Xangəliyev Əmir Ağaxan oğlu və 2008-ci il təvəllüdlü Xangəliyev Məsud Əmir oğlu ölüb, Ağsu rayon Padar kənd sakini 1999-cu il təvəllüdlü Həsənli Həsən Nazim oğlu ağır yaralanıb. Ölənlər ata və oğuldurlar. Faktla bağlı araşdırma aparılır.

Əlavə məlumat veriləcək.

***

DİN Ağsu dolayında baş verən yol qəzası barədə məlumat yayıb.

DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan Sabah.az-a bildirilib ki, noyabrın 6-da saat 09:30 radələrində Ağsu dolaylarında Həsən Həsənlinin idarə etdiyi “Mercedes” markalı avtomobil dərəyə aşıb.

Baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində avtomobildə olan sərnişinlər - 1974-cü il təvəllüdlü Xangəldiyev Əmir Ağaxan oğlu və onun 2008-ci il təvəllüdlü oğlu M.Xangəldiyev aldıqları xəsarətlərdən hadisə yerində ölüblər. Sürücü isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti