Şahdağa qar yağıb

XƏBƏR
09:53
4 Noyabr 2023
175

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti ölkə ərazisində müşahidə edilən faktiki hava haqqında məlumatı açıqlayıb.

Xidmətdən Sabah.az-a verilən məlumata görə, noyabrın 3-də axşam, 4-də gecə və səhər bəzi yerlərdə arabir yağış müşahidə olunub.

Şahdağın 3000 metr yüksəkliklərinə qar yağıb.

Düşən yağıntının miqdarı: Şəki, Zaqatala, Balakəndə 3 mm, Qax, Quba, Ordubad, Şahbuz, Sədərək, Şərurda, İmişli, Şabran, Sabirabad, Lənkəran, Naxçıvan, Qusar, Şahdağ, Mingəçevir, Kürdəmirdə 2 mm-dək olub. 

Duman: Şərur, Biləsuvar, Cəfərxan, Lerik, Qobustan, Şamaxı, Qusar, Quba, Sumqayıtda müşahidə olunub. Görünüş məsafəsi 500 metrədək məhdudlaşıb.

Külək: Qərb küləyi arabir Naftalanda 18 m/s-dək güclənib.

Xəbər lenti