Tərtərdə minaya düşən var
09:33
3 Noyabr 2023
66Bu gün saat 01 radələrində Tərtər rayonunun Borsunlu kəndi ərazisində mina partlayıb.
Sabah.az xəbər verir ki, bu barədə Tərtər rayon prokurorluğu məlumat yayıb.
Bildirilib ki, hadisə nəticəsində 1999-cu il təvəllüdlü Əli Ağalarov sağ ayağın pəncə hissəsinin travmatik amputasiyası xəsarəti alıb. Hazırda vəziyyəti orta ağırdır, müalicəsi xəstəxanada davam etdirilir.
Ətraflı
Ad - 00:21
Prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib.
Hazırda faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.
***
DİN-in mətbuat xidmətinin regional qrupundan bildirilib ki, Tərtər rayonu Borsunlu kəndi ərazisində mina partlayışı örüş yerinin yaxınlığında kənd sakininin fərdi təsərrüafatına aid heyvanlarını axtararkən baş verib.
Daha çox