Fransada koronavirusa yoluxanların sayı 70 mini keçdi

XƏBƏR
10:16
6 Aprel 2020
48

Fransada son sutka ərzində COVID-19-a yoluxanların sayı 70 min 478-ə çatıb.

Sabah.az xəbər verir ki, bunu ölkənin Səhiyyə üzrə baş direktoru Jerom Salomon mətbuata açıqlamasında bildirib.

Onun sözlərinə görə, indiyədək Fransada koronovirusdan ölənlərin sayı 8 078 nəfərdir. Bu faktların 5 889-u xəstəxanalarda, 2 189-u isə qocalar evlərində qeydə alınıb. Son sutka ərzində isə 357 ölüm hadisəsi baş verib.

Qeyd edək ki, Fransada indiyədək xəstəxanalara 28 min 891 xəstə yerləşdirilib ki, onlardan 6 978-nin vəziyyəti ağırdır. Bu günədək koronavirusa yoluxan 16 min 183 nəfər isə sağalaraq evə buraxılıb.

Xəbər lenti