Sərxoş vəziyyətdə qətl törətdi

XƏBƏR
09:37
2 Noyabr 2023
64

Bu gün 06:30 radələrində Səbail rayonu ərazisində üzərində xəsarət izləri olan naməlum kişi meyiti tapılıb.

Sabah.az xəbər verir ki, bu barədə DİN-in mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, araşdırmalarla naməlum şəxsin 1960-cı il təvəllüdlü Xəlilov Adil Maştı oğlu olması müəyyən edilib.

Cinayət əməlini törətməkdə şübhəli bilinən 1965-ci il təvəllüdlü Əsədullayev Mərdan Xanoğlan oğlu isə saxlanılıb. M.Əsədullayev sərxoş vəziyyətdə olub, tufeyli həyat tərzi keçirir.

Hazırda faktla bağlı araşdırma aparılır.

Xəbər lenti