53 yaşlı kişi güllələnək qətlə yetirildi - Yenilənib
Bu gün Bakıda qətl törədilib.
Sabah.az DİN-in Mətbuat xidmətinə istinadən xəbər verir ki, saat 16 radələrində Xəzər rayonu Şağan qəsəbəsində 1970-ci il təvəllüdlü Abdullayev Cavanşir Ruhulla oğlunun ov tüfəngi ilə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.
Cinayət əməlini törətməkdə şübhəli bilinən şəxsin, yaxud şəxslərin saxlanılması istiqamətində polis əməkdaşları tərəfindən tədbirlər görülür.
Əlavə məlumat veriləcək.
***
Cinayət əməlini törətməkdə şübhəli bilinən 1985-ci il təvəllüdlü Xudaverdiyev Pərviz Cabir oğlu saxlanılıb. O, polisə gələrək təslim olub.
Hadisənin şəxsi münasibətlər zəminində baş verdiyi bildirilir.
Daha çox