Rusiyada azərbaycanlıların toyunda yoxlama, saxlanılanlar var - Video

XƏBƏR
17:31
31 Oktyabr 2023
68

Rusiyanın Sankt-Peterburq şəhərində azərbaycanlıların keçirdiyi toy yarıda dayandırılıb.

Sabah.az xəbər verir ki, bu barədə məlumatı “Caspian Live” teleqram kanalı yayıb.

Bildirilib ki, buna səbəb polis əməkdaşlarının toya gələrək qonaqların sənədlərini yoxlaması olub.

Qeyd olunub ki, yoxlama zamanı 5 nəfər saxlanılıb. Onların deportasiya ediləcəyi gözlənilir.

Xəbər lenti