Avtomobil süpürgəçini vurub öldürdü
Bakıda kommunal idarənin əməkdaşını avtomobil vurub.
Sabah.az xəbər verir ki, Heydər Əliyev prospektinin Aeroport şosesi kimi tanınan hissəsində avtomobil süpürgəçi qadını vurub. O, aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli "Qafqazinfo"ya bildirilib ki, hadisəni “Fiat Doblo” markalı avtomobil törədib:
“Faktla bağlı Suraxanı Rayon Polis İdarəsinin İstintaq şöbəsində araşdırma aparılır. Hadisəyə hüquqi qiymət veriləcək”.
Daha çox