Sumqayıtda silahlı hücumda yaralananların vəziyyəti açıqlandı
09:44
30 Oktyabr 2023
140Oktyabrın 28-də Sumqayıt şəhəri 16-cı mikrorayonda baş verən silahlı hücumda yaralananların vəziyyəti açıqlanıb.
Sabah.az xəbər verir ki, bu barədə Sumqayıt Tibb Mərkəzi məlumat yayıb.
Bildirilib ki, Sumqayıt Tibb Mərkəzinin Təcili Tibbi Yardım Xəstəxanasında müalicəsi davam etdirilən 1958-ci il təvəllüdlü Mehman Sarıyev Reanimasiya şöbəsindən Cərrahiyyə şöbəsinə köçürülüb. Vəziyyəti stabildir.
1960-cı il təvəllüdlü Tərlan Fərəcova Reanimasiya şöbəsində müalicəsini davam etdirir, vəziyyəti orta ağır qiymətləndirilir.
1990-cı il təvəllüdlü Etibar Sarıyev isə Travmatologiya şöbəsində müalicə alır. Vəziyyəti qənaətbəxşdir.
Qeyd edək ki, hadisə Sumqayıt şəhəri Corat bağları yaşayış massivində qeydə alınıb. Odlu silahdan açılan atəş nəticəsində 2 nəfərin ölümü və 4 nəfərin xəsarət alması ilə nəticələnən cinayət hadisəsini törətməkdə şübhəli bilinən 1987-ci il təvəllüdlü Tağıyev Müşviq Məhəmməd oğlu saxlanılıb.
Daha çox