Sumqayıtda yaralananların vəziyyəti açıqlandı

XƏBƏR
12:19
28 Oktyabr 2023
169

Sumqayıt şəhəri 16-cı mikrorayonda baş verən hadisə ilə əlaqədar saat 06:05 radələrindən başlayaraq 4 nəfər müxtəlif növ bədən xəsarətləri ilə Sumqayıt Tibb Mərkəzinin Təcili Tibbi Yardım Xəstəxanasına gətiriliblər.

Sabah.az xəbər verir ki, Sumqayıt Tibb Mərkəzindən bildirilib ki, xəstəxanaya gətirilənlərdən Türkiyə vətəndaşı, 1985-ci il təvəllüdlü Serkan Karakaş əməliyyat olunub, vəziyyəti ağır olaraq qiymətləndirilir.

1960-cı il təvəllüdlü Tərlan Fərəcova, 1958-ci il təvəllüdlü Mehman Sarıyev Reanimasiya şöbəsinə yerləşdiriliblər və əməliyyat olunublar. Vəziyyətləri kafi qiymətləndirilir.

1990-cı il təvəllüdlü Etibar Sarıyev isə Travmatologiya şöbəsində müalicə alır. Vəziyyəti qənaətbəxşdir.

Xəbər lenti