Sumqayıtda evə silahlı hücum - Ailənin iki üzvü öldürüldü+Yenilənib

ÖLKƏ
09:20
28 Oktyabr 2023
161

Sumqayıtda atışma olub, ölən və yaralananlar var.

Sabah.az “Report”a istinadən xəbər verir ki, hadisə 16-cı mikrorayonda yerləşən Corat bağları yaşayış massivində, fərdi yaşayış evində baş verib.

Belə ki, evə silahlı hücum zamanı ailənin 2 üzvü öldürülüb, yaralılar var. Hazırda yaralıların sayı dəqiqləşdirilir.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və təcili yardım briqadası cəlb olunub.

Hazırda zəruri istintaq tədbirləri davam etdirilir.

***

Evə ov tüfəngi ilə silahlı hücum zamanı ailənin 2 üzvü - Dağbəyi Fərəcov, Suzana Karakaş hadisə yerində ölüblər.

İnsident zamanı Türkiyə vətəndaşı Sərkan Karakaş və Tərlan Fərəcov ağır yaralanıblar.

Xəbər lenti