Sertifikatlaşdırılma prosesinin müsahibə nəticələri açıqlandı

XƏBƏR
17:17
27 Oktyabr 2023
106

Təhsilverənlərin sertifikatlaşdırılması prosesinin müsahibə mərhələsinin nəticələri elan edilib.

Sabah.az Təhsil İnstitutunun nəzdində İnsan Resursları Mərkəzinə istinadən xəbər verir ki, sertifikatlaşdırma prosesinin müsahibə nəticələri barədə məlumat müəllimlərin şəxsi kabinetlərinə göndərilib.

Sentyabrın 8-də keçirilən təkrar sertifikatlaşdırma müsahibələrində 1376 müəllim uğur qazanaraq sertifikatlaşdırmadan keçmiş hesab olunub. Oktyabrın 14-dək təşkil olunan sertifikatlaşdırma prosesinin müsahibə mərhələsində isə 21883 nəfər təhsilverən iştirak edib.
Ətraflı

İştirak edən təhsilverənlərdən 21784 nəfəri uğur qazanıb. Müsahibələrdə 99% davamiyyət qeydə alınıb.

Qeyd edək ki, sertifikatlaşdırmadan keçmiş 5246 təhsilverənin vəzifə maaşına 35 faiz, 17914 təhsilverənin isə 10 faiz artım tətbiq olunacaq.

Nəzərinizə çatdırırıq ki, sertifikatlaşdırmanın müsahibə mərhələsində iştirak etməyən və ya uğur qazanmayan müəllimlər 1 il müddətində iş yeri saxlanılmaqla, təkrar sertifikatlaşdırmanın müsahibə mərhələsində iştirak etmək hüququna malikdirlər.

Müəllimlər portal.edu.az platformasında yerləşən “Sertifikatlaşdırma” bölməsinə daxil olmaqla müsahibə nəticələri ilə tanış ola bilərlər.

Xəbər lenti